00:56 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor jurnalistlərin cəbhə reportajlarında nələrə diqqət yetirməsindən danışır

RADİO
Qısa URL
8310

Professor Qulu Məhərrəmli deyir ki, mövcud şəraitdə jurnalistlər üçün peşəkarcasına işlənməli mövzular hədsiz çoxdur

Qulu Məhərrəmli: “İnformasiyaların dəqiq və qərəzsiz olması başlıca tələblərdəndir”

“Döyüş bölgələrində fəaliyyət göstərən jurnalistlər akreditasiyadan keçməlidir və hərəkət istiqamətləri razılaşdırılmalıdır”. Bunu Sputnik Azərbaycan-a cəbhə bölgəsində jurnalistlərin fəaliyyətini şərh edərkən professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, jurnalistlər döyüşləri müşahidə etmək istəyirlərsə, xüsusi təhlükəsizlik qaydalarına əməl etməlidirlər: “Verilən informasiyaların dəqiq və qərəzsiz olması başlıca tələblərdəndir. Mövcud şəraitdə jurnalistlər üçün mövzularda hədsiz çoxdur. Bir məqam da odur ki, jurnalistlər hazırladıqları materiallarda qızışdırıcı sifətlərdən istifadə etməməlidir. Jurnalistin işi ancaq informasiya çatdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlər əməl etməyə çağırıb.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular