19:39 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Rusiya vəziyyəti anlayaraq məsuliyyətli mövqe nümayiş etdirir”

RADİO
Qısa URL
264 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, Ermənistan üçün təhlükə yaratmadımızı Moskvada yaxşı başa düşürlər

Fikrət Sadıxov: “Rusiya Ermənistanı müdafiə etməyə tələsmir”

“İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.  Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan ordusu öz torpaqlarında vuruşur:

“30 ilə yaxındır ki, danışıqlar yolu ilə münaqişənin həll olunacağını gözləmişik. Bundan sonra gözləmək fikrimiz yoxdur. Biz Ermənistan ərazisində müharibə aparmırıq, qoşunlarımız ora müdaxilə etmir. Rusiya bunu anlayaraq çox məsuliyyətli mövqe nümayiş etdirir və Ermənistanı müdafiə etməyə tələsmir. Bizim Ermənistan üçün təhlükə yaratmadığımızı Moskvada yaxşı başa düşürlər. Təbii olaraq, dövlər başçımız Rusiyanın bu məsuliyyətli mövqeyini yüksək qiymətləndirir”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular