20:14 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Xalq yazıçısı: “Tarixini bilməyən insan vətənpərvərlik mövzusunda yaza bilməz”

RADİO
Qısa URL
63 0 0

Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, gərək başqa təşkilatlar və nazirliklər də Mədəniyyət Nazirliyinin təşəbbüsünə qoşulsunlar

Natiq Rəsulzadə: “Biz indi hamımız arxa cəbhənin əsgərləriyik”

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərimizin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, Mədəniyyət Nazirliyitərəfindən belə bir təşəbbüsün irəli sürülməsi təqdirə layiqdir: “Hazırda gənclər arasında vətənpərlik ruhunun yüksəldilməsi çox zəruridir. Bu müsabiqələr gəncləri öz tarixini öyrənməyə sövq edir. Tarixini bilməyən insan vətənpərvərlik mövzusunda yaza bilməz. İstərdim ki, başqa təşkilatlar və nazirliklər də bu təşəbbüsə qoşulsunlar. Biz indi hamımız arxa cəbhənin əsgərləriyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Natiq Rəsulzadənin güniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular