15:17 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Anar Hüseynov: “Ölkənin ərzaq təhlükəsizliyi məsələsinin əhəmiyyəti ikiqat artır”

RADİO
Qısa URL
141 0 0

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov deyir ki, komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib

Anar Hüseynov: “Fermerlərimiz məsuliyyətini dərk edir”

“Ermənistan hərbçilərinin təmas xəttində yaratdığı gərginlik və dinc əhalini qəsdən atəşə tutması sakinlərin gündəlik həyat şəraitlərində bir sıra çətinliklər yaradıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov deyib.

“Buna baxmayaraq, dövlətimizə, ordumuza sarsılmaz inam və etibar edən dinc əhalimiz adi qaydada öz təsərrüfat işləri ilə məşğul olur. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür. Hərbi əməliyyatlar dövründə ölkənin ərzaq təhlükəsizliyi məsələsinin əhəmiyyəti ikiqat artır. Fermerlərimiz bu məsələdəki məsuliyyətini dərk edir. Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib.

Anar Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular