SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "Türkiyə-Yunanıstan münaqişəsi qərbin maraqlarına uyğun deyil"

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов
Политолог Фикрет Садыхов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, iki ölkə arasında münaqişənin dərinləşəcəyini düşünmür: "Bu, nə Qərb ölkələrinin, nə də ABŞ-ın maraqlarına uyğundur”
Fikrət Sadıxov: “Yunanıstanın bəyənatları deklarativ xarakter daşıyır”

“Türkiyə dialoqun tərəfdarıdır. Problemlər sülh və siyasi yollarla həll olunmalıdır. Yunanıstan isə provakativ addımlar atmaqdan imtina etməlidir”. Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Türkiyə və Yunanıstan arasında müxtəlif dövrlərdə belə gərginliklər baş verib:

“Qərb ölkəkləri, xüsusən də ABŞ bu ölkələri barışdırmağa çalışıb. Lakin bu dəfəki gərginlik digərlərindən müəyyən dərəcədə fərqlidir. Hər iki tərəf kompramislərə və danışlara hazır olduğunu bəyan edir. Ancaq Yunanıstanın bəyənatları deklarativ xarakter daşıyır. Bununla belə iki ölkə arasında genişmiqyaslı münaqişə baş verəcəyini düşünmürəm. Belə bir münaqişənin baş verməsi nə Qərb ölkələrinin, nə NATO-nun, nə də ABŞ-ın maraqlarına uyğundur”.

Xəbər lenti
0