13:40 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “İqtisadi zonalaşma prosesində Azərbaycan və Rusiya bir yerdə olmalıdır”

RADİO
Qısa URL
93 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ABŞ iqtisadiyyatının hegemonluğuna söykənmiş dünya iqtisadi sistemi sürətlə çökməkdədir

Elşad Məmmədov: “Xarici iqtisadi əlaqələrimizin istiqaməti Avrasiya ilə əlaqəli olmalıdır”

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında xarici ticarət əməliyyatlarının həcmi 1,513 milyard dollar təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin intensivləşməsi hər iki ölkənin strateji maraqlarına tam olaraq cavab verir:

“Yaxın gələcəkdə uzunmüddətli xarici iqtisadi əlaqələrimizin istiqaməti Rusiya bazarı və Avrasiya ilə əlaqəli olmalıdır. İndi dünya iqtisadiyyatında tam yeni era başlayıb. Artıq neftin əsas enerji daşıyıcısı kimi ön plandan çəkilməsini görürük. Digər tərəfdən ABŞ iqtisadiyyatının hegemonluğuna söykənmiş dünya iqtisadi sistemi sürətlə çökməkdədir. Bu da dünya iqtisadiyyatında zonalaşma prosesini sürətləndirəcək. Bu zonalaşma prosesində Azərbaycan və Rusiya bir yerdə olmalıdır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Professor: “Payız aylarında neftin qiymətinin enməsini proqnozlaşdırmaq olar”
Türkiyəyə milyonlar qazandıran o “əjdaha”dan niyə bizdə yoxdur?!
Avropanın ən böyük iqtisadiyyatı ciddi təhlükə ilə üzləşib
Millət vəkili: “Dövlət büdcəsində qeyri-neft sektorunun payının artacağı gözlənilir”
"Deutsche Bank" xəbərdarlıq etdi: Dünyanı "xaos dövrü" gözləyir
Teqlər:
neft, ABŞ, Rusiya, Azərbaycan, zona, iqtisadiyyat

Əsas mövzular