14:08 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Avropa Birliyi Türkiyəyə qarşı çıxan dövlətlərə dəstək verir”

RADİO
Qısa URL
14401

Politoloq Ramiyə Məmmədova deyir ki, ABŞ başda olmaqla heç bir dövlət Türkiyənin Yaxın Şərqdə güclənməsini istəmir

Ramiyə Məmmədova: “Türkiyə Yaxın Şərqdə ən böyük gücə çevrilə bilər”

“Fransa Türkiyənin Aralıq dənzindəki fəaliyyətinə mane olmaq istəyənlərə dəstək verir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloq bildirib ki, Türkiyə-Liviya arasında əldə olunmuş razılıq Türkiyəyə Aralıq dənizində axtarış işləri aparmağa imkan yaradır: “Yunanıstan – İsrail – Misir üçlüyü isə bu prosesdə Türkiyəyə qarşı çıxır. Avropa Birliyi də Fransanın timsalında bu dövlətlərə dəstək verir. Türkiyənin Yaxın Şərqdə ən böyük gücə çevrilməsi onları narahat edir. ABŞ başda olmaqla heç bir dövlət bunu istəmir”.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisini göndərməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular