02:01 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: “İpoteka kreditlərinin həcmindəki artımın bir neçə səbəbi var”

RADİO
Qısa URL
94 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, güzəştlərin ipoteka kreditlərinə də şamil olunacağının düşünülməsi bu tip kreditlərin həcminin artmasına şərait yaradıb

Elnur Sadıqov: “Pandemiya ilə olaraq əhalinin gəlirlərində sabitlik yaranıb”

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 131,9 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, pandemiya zamanı ipoteka kreditlərinə marağın artmasının bir neçə səbəbi var:

“Son dövrlər əhali nağdsız ödənişlərə üstünlük verir. Pandemiya ilə əlaqədar olaraq əhalinin gəlirlərində sabitlik yaranıb. Bu da ipoteka kreditlərinə marağı artırıb. Həmçinin gələcəkdə tətbiq olunacaq güzəştlərin ipoteka kreditlərinə şamil olunacağının düşünülməsi bu tip kreditlərin həcminin artmasına şərait yaradıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular