CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fikrət Qoca: “Heydər Əliyev məni həyata qaytardı”

© Photo : APAXalq şairi Fikrət Qoca
Xalq şairi Fikrət Qoca - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca deyir ki, COVID-19-un tüğyan etdiyi gərgin bir zamanda yada salınmaq onu borclu qoydu
Fikrət Qoca: “Prezidentə nə qədər minnətdarlıq etsəm azdır”

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan Xalq şairi,  Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca deyib ki, Prezident tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmaq onu qanadlandırıb:

“Bu təltif üçün prezidentə nə qədər minnətdarlıq etsəm, azdır. Əlli bir yaşımda olarkən ölüm ayağında idim. O vaxt Heydər Əliyev məni həyata qaytardı. İndi isə COVID-19-un tüğyan etdiyi gərgin bir zamanda yada salınmağım məni borclu qoydu”.

Fikrət Qocanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0