Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi: “Qurban Qurbanov vəziyyəti düzgün qiymətləndirib”

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, komandaların mövcud durumu ilə bağlı fikir müxtəlifliyi mövcud idi
Rövşən Binnətli: “Futbolçular hazırlıqlarını daha da yüksəldə biləcəklər”

UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdamın “Qarabağ” klubu I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb - 4:0.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, oyundan öncə də bütün üstünlük “Qarabağ”a verilirdi:

““Qarabağ”ın son illər avrokuboklarda çıxışı hər kəsə bəllidir. Komandaların mövcud durumu ilə bağlı fikir müxtəlifliyi mövcud idi. Amma görünür ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov beş aylıq durğunluq müddətindəki vəziyyəti düzgün qiymətləndirib. “Qarabağ” oyununu rəqibə diktə etmək tərzinə sahib qaldı. Düşünürəm ki, futbolçular qarşıdakı oyunlarda hazırlıqlarını daha da yüksəldə biləcəklər”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0