00:22 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: "Yunanıstanın Türkiyə ilə hərbi toqquşmaya gedəcəyinə inanmıram"

RADİO
Qısa URL
92 0 0

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyə Liviya ilə imzaladığı anlaşma çərçivəsində enerji-kəşfiyyat işləri aparır

Elxan Şahinoğlu: “Bu gərginlik diplomatik yolla həllini tapacaq”

Türkiyəyə məxsus “Oruc Reis” gəmisinin 21 iyul – 2 avqust tarixləri arasında Yunanıstana aid Rodos, Kastelorizo, Krit adaları yaxınlığında seysmik tədqiqatlarını aparması iki ölkə arasında gərginliyə səbəb olub. Yunanıstan tərəfi Türkiyənin bu addımını qanunsuz olaraq dəyərləndirərək hərbi gəmilərini hazır vəziyyətə gətirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə Liviya hökuməti ilə anlaşma imzalayıb və sərhədləri müəyyənləşdirdikdən sonra fəaliyyətə başlayıb:

“Bu addım Aralıq dənizi sahili dövlətlərinшт xoşuna gəlmədi. Türkiyə Liviya ilə imzaladığı anlaşma çərçivəsində enerji-kəşfiyyat işləri aparır. Yunanıstan cavab addımları ilə vəziyyəti gərginləşdirdi. Gərginliyə baxmayaraq, Yunanıstanın Türkiyə ilə hərbi toqquşmaya gedəcəyinə inanmıram. Yəqin ki, ABŞ-ın məsələyə qarışması ilə bu gərginlik diplomatik yolla həllini tapacaq”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular