13:04 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: “ABŞ-ın qorunma tədbirləri həm də özü üçün zərərlidir”

RADİO
Qısa URL
123 0 0

Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov deyir ki, razılaşmaların əldə olunması hər iki tərəf, o cümlədən, bütün dünya iqtisadiyyatı üçün önəmlidir

Rövşən İbrahimov: “Vəziyyətin nəzarətdə saxlanması üçün işlər aparılır”

Amerika ilə Çin arasında ticarət müharibəsi pandemiya dövründə də səngiməyib və dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. “Si Cinpin ilə gözəl münasibətlərimiz vardı (burada ötən il imzalanan ticarət sazişi nəzərdə tutulur – red.). Ona rəğbətim var, amma artıq eyni şeyi hiss etmirəm”. Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Dünya Ticarət Təşkilatına üz olmaq Çinin beynəlxalq bazarlara çıxışını rahatlaşdırdı və güzəştlər əldə etdi:

“Donald Tramp isə prezident seçildikdən sonra ölkənin mənfi ticarət balansını düzəltmək üçün bir sıra addımlar atdı, o cümlədən bu sırada Çinə qarşı da işlər görüldü. ABŞ nə qədər qorunma tədbirləri aparsa da, bu vəziyyət hər iki tərəf üçün zərərlidir. Zaman-zaman vəziyyətin nəzarətdə saxlanması üçün işlər aparılır. Ancaq siyasi müstəvidə münasibətlər qaydasında deyil. Razılaşmaların əldə olunması hər iki tərəf, o cümlədən bütün dünya iqtisadiyyatı üçün önəmlidir”.

Rövşən İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular