13:32 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İlahiyyatçı: “Uşaqların qurban kəsiminə tamaşa etməsinə qadağa qoyulsun”

RADİO
Qısa URL
105 0 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov deyir ki, qurban kəsimləri üçün xüsusi məntəqələrin yaradılması nəzərdə tutulur

Mircəfər Əyyubov: “Bayram namazı cəm şəklində qılınmayacaq”

“Pandemiya şəraitində Qurban bayramının keçirilməsi ilə bağlı işlər yüksək səviyyədə nəzarətdədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov deyib.

İlahiyyatçı bildirib ki, qurban kəsimləri üçün xüsusi məntəqələrin yaradılması nəzərdə tutulur: “Digər tərəfdən qurban ətinin bölünməsi məsələsində tövsiyyələr verilir. Yoxsulların və pandemiya nəticəsində işsiz qalan insanların nəzərə alınması Qafqaz Müsəlmanları İdarəsinin fətvasında bildirilib. Digər məqam isə odur ki, azyaşlı uşaqların qurban kəsiminə tamaşa etməsinə qadağa qoyulsun. Bu onların psixoloji vəziyyətinə mənfi təsir edən hallar yarada bilər. Pandemiyaya görə, bayram namazı cəm şəklində qılınmayacaq. Buna dini cəhətdən heç bir irad yoxdur”.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq. 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd ediləcək.

Mircəfər Əyyubovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular