02:19 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Cəlal İsayev: “Karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq”

RADİO
Qısa URL
75 0 0

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşmağı tövsiyə edir

Cəlal İsayev: “Simptomu olanlar özünü müalicəyə cəhd göstərməsinlər”

“Ölkəmizdə koronavirusun yayılması sahəsində vəziyyət gərgindir”. Sputnik Azərbaycan xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

“Rəqəmlər xeyli yüksəkdir və ürəkaçan deyil. Hesab edirəm ki, tətbiq olunan sərtləşdirilmiş karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq. Belə bir sərtləşdirmə tədbirini bir neçə ay əvvəl də apardıq və yaxşı nəticələr əldə etdik. Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşmağı tövsiyə edirəm. Onlar tibbi maskadan istifadə etsinlər, həmçinin sosial məsafəni qorusunlar. Hər hansı bir simptomu olanlar evdən çıxmasın, iş yerlərinə getməsinlər. Mütləq həkimə müraciət etsinlər və özünümüalicəyə cəhd göstərməsinlər. Onlar barəsində vaxtında tədbirlər görülməli, müalicəyə cəlb edilməli və ixtisaslaşmış tibbi yardım almalıdırlar ki, sonrakı ağırlaşmalar müşahidə olunmasın”, - deyə baş infeksionist bildirib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.

Cəlal İsayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Qəflətən - Cərimələr iki dəfə arta bilər
Koronavirus fırıldaqları: fleş kart, krem və gözmuncuğu da təklif oluna bilər
İkinci dalğa oralardan başlayacaq - Ölkələrin adı açıqlandı
Maska və sipərə alternativ - Bahalı və şübhəli

Əsas mövzular