Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Millət vəkili: “Hansı ölkə innovasiyalı inkişaf yolu tutacaqsa o, udacaq”

© Photo : REPORTАли Масимли
Али Масимли - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyir ki, pandemiyanın diktə etdiyi şəraitə və çağırışlara uyğun olaraq dünya sürətlə dəyişməkdədir
Əli Məsimli: “Pandemiya dünyanın gedişini dəyişdirəcək”

“Koronavirus pandemiyasının yaratdığı fəsadlar səbəbindən qlobal iqtisadiyyat ağır vəziyyətlə üzləşib. Böhran azaldıqca orta və uzunmüddətli perspektivləri gücləndirmək, yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri islahatları həyata keçirməkdə davam etmək lazımdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AzərTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

“Pandemiya dünyanın gedişini dəyişdirəcək. Bir tərəfdən qlobal miqyasda rəqabət güclənəcək, eyni zamanda, qlobal koordinasiya və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edəcək. Bu baxımdan, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfrans bir sıra cəhətlərinə görə xüsusi əhəmiyyət kəsb edir. Pandemiyanın diktə etdiyi şəraitə və çağırışlara uyğun olaraq dünya sürətlə dəyişməkdədir. Artıq dəyişməyə meyillənən yeni dünyada ən qiymətli dəyər bilik, sürət və zaman olacaq. Ona görə də hansı ölkə həmin parametrlərə uyğun islahatlar aparıb, innovasiyalı inkişaf yolu tutacaqsa o, udacaq” – deyə millət vəkili bildirib.

Əli Məsimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0