17:51 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Millət vəkili pandemiyanın iqtisadi təsirlərini açıqlayıb

RADİO
Qısa URL
98 0 0

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, beynəlxalq bazar konyunkturasından asılı olan sahələrdə azalmaların olması təbii və gözləniləndir

Tahir Mirkişili: “Orta aylıq əməkhaqqının artması mühüm sosial-iqtisadi nəticədir”

“Azərbaycanın 5 aylıq iqtisadi göstəriciləri açıqlanıb. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, azalan göstəricilərlə yanaşı, artan göstəricilər də mövcuddur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Əslində koronavirusun iqtisadi təsirləri bütün dünyada müşahidə edilir. Beynəlxalq bazar konyunkturasından asılı olan sahələrdə (neft-qaz, nəqliyyat-logistika və s.) azalmaların olması təbii və gözləniləndir. Bu ilin büdcəsinin ən böyük hissəsi (40%-ə yaxın) sosial xərclərdir. İnflyasiyanın minimum həddə olması və orta aylıq əməkhaqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur”, - T.Mirkişili vurğulayıb.

Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular