22:46 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

OPEC+ razılaşması neftin qiymətlərinə təsir edəcəkmi – ekspert danışır

RADİO
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (33)
99 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, hazırda qiymətlərə təsir edən ən böyük amillərdən biri pandemiya ilə bağlı olaraq tələbatın azalmasıdır

Fuad İbrahimov: “Bazarda yaranacaq defisit qiymətlərə müsbət təsir edə bilər”

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, klassik proqnozlaşdırma metoduna əsaslansaq, hasilatın azaldılması və vaxtın uzadılmasının bazarda yaradacağı defisit qiymətlərə müsbət təsir edə bilər: “Hazırda qiymətlərə təsir edən ən böyük amillərdən biri pandemiya ilə bağlı olaraq tələbatın azalmasıdır. Əlavə hansısa yan təsirlər olmazsa, “OPEC+” razılaşması ilə qiymətləri tənzimləmək mümkün olacaq”.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu. 

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (33)

Əlaqədar

Neft bazarı köhnə strategiyasına qayıdır: bundan kimlər qazanacaq?
Bir müharibəni ləğv elədilər: bizə də faydası dəyəcək
Müflis olmağa hazırlaşan ABŞ şirkətinin qiyməti qəfil qalxdı
Neftimiz mövqelərini qaytarır – daha da bahalaşdı

Əsas mövzular