Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi taxıl sahələrindəki vəziyyəti açıqlayır

© Photo : Facebook / Vüqar M. HüseynovВугар Гусейнов
Вугар Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, bu günə kimi sahələrin 5,7 faizi, yəni 57 min 977 hektarı biçilib
Vüqar Hüseynov: “Ötən illə müqayisədə məhsuldarlıq yüksəkdir”

“Bu il ölkədə 1 milyon 9 min hektardan çox sahədə taxıl becərilib və indiyədək 58 min hektara yaxın sahədə biçin aparılıb. Zəmilərə 1079 kombayn cəlb edilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.

“Respublika ərazisində taxıl biçini davam edir. Becərilən sahələrin 640 min hektarını buğda, 369 min hektarını isə arpa sahəsi təşkil edir. Hazırda 24 rayonda arpa sahələri biçilir. Bu günə kimi sahələrin 5,7 faizi, yəni 57 min 977 hektarı biçilib və 171 min 808 ton məhsul yığılıb. İlkin mərhələdə məhsuldarlıq 29,6 sentnerə bərabər olub. Hazırda 24 rayonun sahələrində arpa biçini davam etdirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq yüksəkdir”, – deyə Vüqar Hüseynov qeyd edib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0