Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan iqtisadiyyatında radikal islahatlar aparılmalıdır – professor danışır

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, bank sektoru sahibkarlığın inkişafına minimal formada dəstək göstərib
Müslüm İbrahimov: “Azərbaycanın iqtisadiyyatı tamamilə rəqəmsallaşmalıdır”

“Ötən il vergi sahəsində çox cəsarətli addım ataraq islahatlar etdik. Bu islahatın əsas məqsədlərindən biri “kölgə”də olanları üzə çıxarmaq idi ki, onlar öz vergilərini ödəsinlər”. Bu fikirləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda ilk növbədə orta və kiçik sahibkarlığın inkişafına yönələn islahatlar həyata keçirilməlidir: “Artıq islahatlar radikal formada gerçəkləşdirilməlidir. Mərhələli islahatlar üçün, demək olar ki, vaxtımız yoxdur. Bu gün ölkəmizdə bank sektoru sahibkarlığın inkişafına minimal formada dəstək göstərib. Digər tərəfdən, korrupsiya probleminin tədqiqinə ehtiyac var. Azərbaycanın iqtisadiyyatı tamamilə rəqəmsallaşmalıdır. Bununla digər problemlərin həll edilməsi mümkün olacaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0