CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə qəbul imtahanları hansı qaydalarla keçiriləcək – DİM rəsmisi açıqlayır

© Photo : APAXanlar Xanlarzadə
Xanlar Xanlarzadə - Sputnik Azərbaycan
Abunə olmaq
DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyir ki, abituriyentlər ixtisas qruplarına aid olan fənlərdən imtahan verəcəklər
Xanlar Xanlarzadə: “Qəbul imtahanları iki mərhələdə keçirilir”

“Qəbul imtahanlarının iyulun 20-dən sonrakı dövrdə keçirilməsi nəzərdə tutulur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Sektor müdiri bildirib ki, qəbul imtahanları iki mərhələdə keçirilir: “Abituriyentlər ixtisas qruplarına aid olan fənlərdən imtahan verəcəklər. İmtahanın birinci mərhələsindən, yəni buraxılış imtahanından maksimum 300 bal, ikinci mərhələdən isə 400 bal toplamaq mümkündür”.

Xanlar Xanlarzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0