Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor rəqəmsal iqtisadiyyatın önəmini şərh edir

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi
Elnur Sadıqov: “İnsanların məsafədən xidmətlərdən yararlanması önəmlidir”

“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur”. Bu fikirləri mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Signify" (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə keçib:

“Son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi. Bu gün insanların məsafədən xidmətlərdən yararlanması önəmlidir. Bu baxımdan Azərbaycan qısa müddət ərzində xidmətləri təkmilləşdirməyi və xidmətlərin fasiləsizliyini təmin etməyi bacarıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0