09:13 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

ABŞ-Çin münasibətlərinin gərginləşməsi dünya üçün nə vəd edir – politoloq rəyi

RADİO
Qısa URL
33 0 0

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, bugünkü Çinin güclənməsində qərb dövlətlərinin müstəsna xidmətləri var

Zaur Məmmədov: “Post-koronavirus dövründə iqtisadi müharibə davam edəcək”

“ABŞ-Çin münasibətlərinin gərginləşməsi yalnız koronavirus pandemiyası ilə əlaqəli deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, hesablamalara görə Çin 2030-cu ildə dünyanın siyasi və iqtisadi mərkəzinə çevriləcək:

“Təbii olaraq okeanın o tayında olan qüvvələr buna izn verə bilməzlər. Onu da qeyd etmək lazımdır ki, bugünkü Çinin güclənməsində qərb dövlətlərinin müstəsna xidmətləri var. Eyni zamanda Trampın Çinə qarşı münasibəti və iqtisadi basqıları Rusiya üçün əlverişli imkanlar yaradır. Post-koronavirus dövründə ABŞ və Çin arasında iqtisadi müharibə davam edəcək”.

Zaur Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular