Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ali məktəbə hazırlaşanları və bitirənləri hansı dəyişikliklər gözləyir – ekspert şərhi

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, dəyişikliklər həm ali, həm də orta təhsil pilləsi üçün nəzərdə tutulur
Kamran Əsədov: “Buraxılış imtahanları bir mərhələdən ibarət olacaq”

Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Nazirlər Kabineti tərəfindən edilən dəyişikliklər həm ali, həm də orta təhsil pilləsi üçün nəzərdə tutulur:

“Bu dəyişikliklər bir neçə istiqamətdə reallaşacaq. İlk olaraq deyim ki, bu il 9-cu sinif şagirdlərinin buraxılış imtahanları bir mərhələdən ibarət olacaq. Həmçinin ali məktəblərin son kursunda oxuyan tələbələr dövlət imtahanından, pedaqoji və istehsalat təcrübəsindən azad edilir. Eyni zamanda dəyişikliklər bu il keçiriləcək qəbul imtahanlarını da əhatə edir. Abituriyentlər bu il yalnız bir mərhələdən ibarət qəbul imtahanında iştirak edə biləcəklər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0