03:51 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

ABŞ-ın Çinə qarşı sanksiya siyasəti nə ilə nəticələnə bilər - politoloq şərhi

RADİO
Qısa URL
110 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, Çinin davranışları ABŞ-ı qane etmir və sanksiya tətbiq etməyə hazırdır

Fikrət Sadıxov: “Tramp iradəsini nümayiş etdirməlidir”

ABŞ prezidenti Donald Tramp koronavirusa görə Çinə qarşı sanksiya tətbiq edən qanun layihəsini hələ görmədiyini, ancaq layihə ilə tanış olacağını deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, rəsmi Pekin dəfələrlə koronavirusla bağlı bütün məlumatların açıq və şəffaf olduğunu bildirib:

“Lakin bu ABŞ-ı qane etmir və sanksiya tətbiq etməyə hazırdır. Bu baş verənlər ABŞ prezidentinin mövqeyi ilə uzlaşır. Bu ölkədə növbəti prezident seçkiləri üçün kampaniya artıq başlayıb və dövlət başçısı iradəsini nümayiş etdirməlidir. Təbii ki, sanksiyalar ABŞ və Çin münasibətlərinin tamamilə kəsilməsinə səbəb olmayacaq və simvolik xarakter daşıyacaq”.

Qeyd edək ki, Respublikaçı Lindsi Qrem ABŞ Senatına “Pekinin əməkdaşlıq etməyəcəyi və koronavirusun yayılmasına səbəb olan hadisə barədə tam hesabatı göstərməyəcəyi” halda Çinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular