Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onlayn teatrlar tamaşaçı marağını qazana bilirmi – Cavid Zeynallı şərh edir

© Photo : © Courtesy of Cavid ZeynallıAzərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, bu tamaşalara tək ölkə daxilində deyil, eyni zamanda digər ölkələrdən də maraqla baxılır
Cavid Zeynallı: “Repertuara uyğun olaraq onlayn tamaşalarımızı təqdim edirik”

“Xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı mədəniyyət Nazirliyinin tövsiyyəsi ilə virtual repertuarını tərtib edib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

Artıq üçüncü aydır ki, repertuara uyğun olaraq onlayn tamaşalarımızı təqdim edirik. Sevindirici hal odur ki, bu tamaşalara tək ölkə daxilində deyil, eyni zamanda digər ölkələrdən də maraqla baxılır. Tamaşaçıların onlayn tamaşalara marağı yüksəkdir. Çünki biz təkcə cari repertuarda olan tamaşaları deyil, eyni zamanda illər əvvəl premyerası keçirilən və hazırda repertuarda olmayan tamaşaları da təqdim edirik. Tamaşaları təkcə Azərbaycan dilində deyil, rus və ingilis dillərində subtitrlərlə yayımlayırıq. Bu, xarici tamaşaçıların bizim tamaşalara maraq göstərməsinə imkan yaradır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirləri çərçivəsində ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb.

Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0