00:39 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Yeni imtahan qaydaları pandemiya şəraitində özünü doğruldacaqmı – ekspert şərhi

RADİO
Qısa URL
181 0 0

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, mart ayından tədris ilinin sonunadək olan dövrü əhatə edən materialların imtahan suallarında yer almamasını təklif etmişdik

İlqar Orucov: “İmtahanlarda sosial məsafə qaydalarının təsbit edilməsi doğru addımdır”

“Builki imtahanların özəlliyi ondan ibarətdir ki, şagirdlər yaşadığı regionda imtahan verəcək”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, Təhsil Nazirliyi və DİM-in qəbul və buraxılış imtahanlarında etdikləri dəyişikliklərin müsbət tərəfləri var: “İctimai Şura olaraq biz də mart ayından tədris ilinin sonunadək olan dövrü əhatə edən materialların imtahan suallarında yer almamasını təklif etmişdik. Bu təklifimiz qəbul edildi və düşünürəm ki, bunlar təhsil alanların lehinədir. Ümid edirəm ki, pademiya təhlükəsi azalandan sonra biz iyunda imtahanların keçirilməsinə şahid olacağıq. Eyni zamanda qəbul edən imtahan  qərarlarında sosial məsafə qaydalarının təsbit edilməsi də çox doğru addımdır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular