SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat korrupsiya ilə mübarizə barədə: bu şəxslərə aman verilməyəcək

© Photo : Courtesy of Bahruz MaharramovMilli Məclisin deputatı Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyir ki, icra başçılarının həbsi ölkəmizin islahatlarda çox qətiyyətli olduğunu göstərir
Bəhruz Məhərrəmov: “Dövlətçiliyə qarşı gələn şəxslərə aman verilməyəcək”

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, hüquq mühafizə sistemində ədalətsizlikdən və yaxud bəzən savadsızlıqdan doğan yanaşmalar insanları narahat edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, son hadisələr, yəni icra başçılarının həbsi də ölkəmizin islahatlarda çox qətiyyətli olduğunu göstərir. Bu məsələdə dövlətə və dövlətçiliyə qarşı gələn şəxslərə aman verilməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən vacib vəzifələrdən biri kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni qeyd edib. Prezident vurğulayıb ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar.

Bəhruz Məhərrəmovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0