Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: "Pandemiyadan sonra dünyanın normal vəziyyətə qayıtması illər çəkəcək"

© Sputnik / Murad OrujovРуководитель экспертного совета Baku Network, доктор философии Эльхан Алескеров
Руководитель экспертного совета Baku Network, доктор философии Эльхан Алескеров - Sputnik Azərbaycan
Abunə olmaq
“Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyir ki, hazırkı şərait dünya üçün böyük bir zərbədir
Elxan Ələsgərov: “Güclü iqtisadiyyatı olan ölkələr vəziyyətdən çıxmağı bacaracaq”

Koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək - bu, bir ildən və ya hətta iki ildən sonra olacaq. Bu fikri xeyriyyəçi və Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts Le Figaro qəzetinə verdiyi müsahibəsində bildirib.

“Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov Sputnik Azərbaycan-a deyir ki, dünyanın normal vəziyyətə qayıtması illər çəkəcək:

“Sərhədlərin bağlanması, iqtisadi əlaqələrin pozulması bunu deməyə əsas verir. Bu gün insanların və dövlətlərin bir-birinə etibarı azalıb, beynəlxalq təşkilatların fəaliyyəti sıfıra enib. Virus əleyhinə vaksinin hazırlanması və tətbiqi üçün zaman lazımdır. Hazırkı şərait dünya üçün böyük bir zərbədir. Düşünürəm ki, koronavirusdan sonrakı bərpa prosesi uzun çəkəcək. Güclü iqtisadiyyatı olan ölkələr bu vəziyyətdən çıxmağı bacaracaq”.

Elxan Ələsgərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0