Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert ipoteka kreditlərinin azalmasının səbəblərindən danışır

© © Facebook / Fuad Ibrahimovİqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, ipoteka kreditləri üçün müraciətlərin həyata keçirilməsində ləngimələr var
Fuad İbrahimov: “Pandemiya dövründə yumşaldıcı addımların atılması prioritet deyil”

2020-ci ilin fevralında Azərbaycan bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azdır.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, builki göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə az olması koronavirus pandemiyasının təsirləridir:

“Hazırda ipoteka kreditləri üçün müraciətlərin azalması müşahidə edilir. Eyni zamanda bu müraciətlərin həyata keçirilməsində ləngimələr var. İpoteka fondundan vəsaitlərin az ayrılması və ya vətəndaşların bu kreditlərə az maraq göstərməsi hazırkı dövrdə reallığı əks etdirən səbəblər deyil. Pandemiya dövründə bu sahədə hər-hansı yumşaldıcı addımların atılması prioritet deyil. Sonrakı dövrdə bununla bağlı müvafiq işlərin görüləcəyinə ümid edirəm”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0