CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya ilə əlaqədar Ramazan ayında hansı şərtlər yerinə yetirilməlidir – teoloq danışır

© Sputnik / Kamilla AliyevaТеолог Гаджи Адиль Гусейнов
Теолог Гаджи Адиль Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Teoloq Hacı Adil Hüseynov deyir ki, böyük din alimləri karantin şəraitinin tələblərinə riayət olunması ilə bağlı fətva veriblər
Adil Hüseynov: “Təbliğat işlərini də internet üzərindən aparmaq olar”

Aprelin 25-i Azərbaycanda Ramazan ayının ilk günü olacaq.

Teoloq Hacı Adil Hüseynov Sputnik Azərbaycan-a deyir ki, dini kəsim də karantin şəraitinin tələblərinə mütləq riayət etməlidir:

“Bu gün camaat namazları dayandırılıb. Məqsəd insanların bir-biri ilə ünsiyyətini sıfıra endirməkdir.  Böyük din alimləri karantin şəraitinin tələblərinə riayət olunması ilə bağlı fətva veriblər. Ramazanla əlaqədar təbliğat işlərini də internet üzərindən aparmaq olar. Doğrudur, bu, canlı ünsiyyətin yerini verməsə də, hazırda ən doğru forma budur”.

Hacı Adil Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0