Koronavirus dövlətlərarası münasibətlərə necə təsir edəcək- politoloq danışır

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов
Политолог Фикрет Садыхов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, siyasi liderlər iqtisadiyyat və maliyyə sahələrinə daha çox diqqət yetirməlidirlər
Fikrət Sadıxov: “Çinin fəaliyyəti bir çox ölkələrə örnək olmalıdır”

Koronavirus pandemiyası dövlətarası əlaqələrin formatında dəyişikliklərə səbəb olacaq. Bu fikir Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin məqaləsində yer alıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, koronavirusun belə sürətlə yayılması dünyada bir sıra dəyişikliklərə səbəb ola bilər:

“Bu dövrdən sonra dünyanın geosiyasi, iqtisadivə maliyyə vəziyyəti dəyişməsi gözləniləndir. Biz Çinin timsalında təşkilatlanmış fəaliyyətin şahidi olduq. Çindən başlayan pandemiya artıq başa çatdı. Bu baxımdan Çinin bu sadəki fəaliyyəti bir çox ölkələrə örnək olmalıdır. Bu vəziyyətdən sonra siyasi liderlər iqtisadiyyat və maliyyə sahələrinə daha çox diqqət yetirməlidirlər”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0