10:24 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Millət vəkili dövlət yardımları barədə: vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub

RADİO
Qısa URL
206 0 0

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq

Vüqar Bayramov: “Məqsəd vətəndaşların əməkhaqlarını ala bilmələridir”

“Dövlət həm məşğul əhaliyə, yəni muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara yardım göstərəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur. Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Eyni zamanda, aprel ayından vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə güzəşt veriləcək. Həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisinə də güzəşt tətbiq olunacaq”, – deyə deputat bildirib.

Vüqar Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular