08:18 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert distant təhsil modelindəki problemlərdən danışır

RADİO
Qısa URL
168 0 0

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, distant təhsilin tətbiqi üçün müasir texnologiyalarla təchizata ehtiyac var

İlqar Orucov: “Təhsil Nazirliyi doğru olaraq bu yanaşmanı ortaya qoydu”

“Təhsil sistemimizdə distant modelin tətbiq edilməsi üçün yetərli infrastruktur mövcud deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

İlqar Orucov bildirib ki, distant təhsilin tətbiqi üçün həm müəllim kadrlarına, həm də müasir texnologiyalarla təchizata ehtiyac var: “Hazırkı şəraitdə bütün şagirdlər müvafiq texnoloji cihazlarla təmin edilməyib və xüsusilə də Bakıdan kənarda rayon yerlərində internetə çıxış imkanları məqbul səviyyədə deyil. Bu baxımdan distant təhsil əlçatan olmadı və teledərs modeli işə salındı. Həmin dərslərin yayımlandığı telekanalları bütün ölkə ərazisində izləmək mümkündür. Düşünürəm ki, Təhsil Nazirliyi doğru olaraq bu yanaşmanı ortaya qoydu”.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular