19:04 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Media koronavirus xəbərlərini necə işıqlandırır – ekspert danışır

RADİO
Qısa URL
103 0 0

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, media dedi-qodu və şayiələrin yayılmaması üçün səylər göstərir

Azər Həsrət: “Neqativ hallara yol verənlərlə bağlı lazımi tədbirləri görür”

“Azərbaycan mediası dünyada geniş yayılmış koronavirus haqqında informasiyanın hazırlanmasına və çatdırılmasına ciddi yanaşır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

O bildirib ki, yerli mediada əsasən maarifləndirici və bilgiləndirici informasiyalara üstünlük verilir: “Media dedi-qodu və şayiələrin yayılmaması üçün səylər göstərir. Təəssüf ki, belə bir məqamda bəzi məsuliyyətsiz insanlar sosial medianın imkanlarından mənfi istiqamətdə istifadə edirlər. Bu insalar çalışırlar ki, cəmiyyəti çaşdırsınlar və şayiələrə inandırsınlar. Cəmiyyətimiz kifayət qədər məlumatlı olduğu üçün belə insanlar panika yaratmaq məqsədlərinə nail ola bilmirlər. Neqativ hallara yol verənlərlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirləri görür”.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan olunub.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb
Ağ günlərdə qara həyat yaşayanlar – Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir?
Koronavirus xəbərləri bezdirici olanda...
Qaydaları pozanlar cərimə ediləcək… Məbləğ də var
SputnikPro vebinarı koronavirus şəraitində idman haqqında necə yazılacağından bəhs edəcək

Əsas mövzular