Nazirlik rəsmisi Azərbaycanın bərpa olunan enerji potensialı barədə danışır

© Photo : REPORTƏləsgər Həsənov
Ələsgər Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyir ki, 2019-cu ildə bərpa olunan enerji mənbələrindən 1,9 milyard kilovat-saat enerji hasil edilib
Ələsgər Həsənov: “Əsas məqsəd əlverişli investisiya mühitinin yaradılmasıdır”

Azərbaycanın məqsədi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaqdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.

"Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqsəd haqqında fikir bildirib. 2019-cu ildə bərpa olunan enerji mənbələrindən 1,9 milyard kilovat-saat enerji hasil edilib. Eyni zamanda, 2019-cu ildə ölkədə istehsal olunan elektrik enerjisi 26,1 milyard kilovat-saat təşkil edib. Azərbaycan böyük miqdarda bərpa olunan enerji potensialına malik bir ölkədir. Bu gün əsas məqsəd bu sahənin inkişafına dövlət sərmayələri ilə yanaşı sahibkarlıq subyektlərinin də cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılmasıdır. Bu məqsədlə ilk addım olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atılır. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun üzərində işlər aparılır” – deyə Ə.Həsənov bildirib.

Ələsgər Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0