Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TANAP Azərbaycana nə qədər vəsait qazandıracaq - iqtisadçı danışır

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyir ki, valyuta gəlirlərinin artması milli valyutanın məzənnəsinin məhkəmlənməsinə və sabitləşməsinə gətirib çıxaracaq
Mənsur Bərxudarov: “Bu layihə regional əməkdaşlıq zənciri formalaşdıracaq”

Avropanın enerji asılılığının azaldılmasında TANAP-ın xüsusi əhəmiyyəti var. Avropa ehtiyacları üçün xüsusilə Rusiya və ABŞ-dan aldığı qaz və digər enerji məhsullarının diversifikasiyasını, yəni çoxşaxəliliyini həyata keçirməkdə maraqlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “Report”a verdiyi açıqlamada deyib.

“Bu mənada TANAP-la Avropaya çatacaq qaz həmin regionun enerji təhlükəsizliyinin təmin olunması üçün idxalın diversifikasiyası baxımından xüsusi rola malik olacaq. Bu, həm də kəmərə bağlı olan ölkələr arasında regional əməkdaşlıq zənciri formalaşdıracaq. İlk illərdə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Yəni bəzi hesablamalara görə, qarşıdakı 10 ildə təkcə qaz ixracından 100 milyard ABŞ dollarınadək gəlir əldə olunacaq. Bu da TANAP-ın birmənalı şəkildə rentabelli olacağı deməkdir. Valyuta gəlirlərinin artması milli valyutanın məzənnəsinin möhkəmlənməsinə və sabitləşməsinə gətirib çıxaracaq. Manatın sabitliyinə nail olmaq demək olar, iqtisadi sabitliyi təmin etmək anlamına gəlir”.

Qeyd edək ki, Trans-Anadolu qaz kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcək. Bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Mənsur Bərxudarovun fikirlərinə audifaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0