CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Folklorşünas Novruzun tarixi köklərindən danışır

© SputnikElyar İslamoğlu, filoloq
Elyar İslamoğlu, filoloq - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu deyir ki, Novruzun adət və ritualları xalqın yaddaşında qorunub saxlanıb
Elyar İslamoğlu: “Bu personaj bayram şənliklərinə rəngarənglik gətirir”

“Novruz bayramı bütün türk dünyasında qeyd edilir və ən qədim bayram kimi qəbul olunur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu deyib.

“Bu bayram türkdilli xalqları birləşdirdiyinə görə sovet dönəmində qadağan edilmişdi. Bütün türk dünyası üçün əhəmiyyətli olan Novruz bayramı zaman ötdükcə dəyişikliklərə uğrayıb. Buna baxmayaraq, Novruzun adət və ritualları xalqın yaddaşında qorunub saxlanıb. Novruz bayramındakı Bahar qızı personajı sonradan əlavə edilib. Bu personajın da bayram şənliklərinə rəngarənglik gətirdiyini düşünürəm”, – deyə Elyar İslamoğlu qeyd edib.

Qeyd edək ki, bu il bahar Azərbaycana martın 20-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Elyar İslamoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0