Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aqil Quliyev “Kənddən şəhərə” yarmarkaları haqqında danışır

© Photo : AZƏRTAC“Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev
“Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aqil Quliyev deyir ki, alıcılar kənddən-şəhərə.az saytı vasitəsilə istədikləri məhsulları onlayn sifariş edə bilərlər
Aqil Quliyev: “Yarmarkalarda fermerlər üçün bütün zəruri şərait yaradılıb”

“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda 5 məntəqədə - Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında bayram yarmarkaları təşkil olunub. Bir yarmarka isə Abşeron rayonunda fəaliyyət göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aqil Quliyev martın 17-də Novruz bayramı yarmarkaları keçirilən ərazilərdə aparılan dezinfeksiya işləri ilə bağlı jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarının keçirilməsində əsas məqsəd bayram ərəfəsində şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, eyni zamanda, fermerlərimiz üçün alternativ satış məkanlarının yaradılmasıdır:

“Yarmarkalarda fermerlər üçün bütün zəruri şərait yaradılıb. Buna görə də, yarmarkalardakı qiymətlər digər satış məntəqələrindəki qiymətlərdən daha münasibdir. Bundan başqa, “Kənddən şəhərə” mağazaları da fəaliyyət göstərir ki, həmin mağazalarda da vətəndaşlarımız bayram bazarlığı edə bilərlər. Bu mağazalar Bakı şəhərinin Nizami küçəsi və Əhmədli qəsəbəsində yerləşir. Vətəndaşlar üçün birbaşa onlayn qaydada satış imkanları da mövcuddur. Belə ki, kənddən-şəhərə.az saytı vasitəsilə istədikləri məhsulları onlayn sifariş edə bilərlər. Bu zaman 20 manatdan artıq alış-veriş etdikləri təqdirdə pulsuz çatdırılma da təmin olunacaq”.

Aqil Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0