SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Problemlərimiz ölkə daxilində həll olunmalıdır”

© Photo : Social media page of Elshad MirbashirЭльшад Мирбашир, политолог, фото из архива
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, hər bir millət vəkili cənab Prezidentin tövsiyələrinə əsaslanaraq vətəndaşların problemlərinin dərhal və operativ şəkildə öz həllini tapması üçün var gücü ilə çalışmalıdır
Elşad Mirbəşiroğlu: “Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır”

Dövlətçiliyimiz naminə bütün siyasi qüvvələr birlikdə hərəkət etməli və problemlərin həllinə töhfələr verməlidirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, problemlərimizin ölkə hüdudlarından kənara çıxması bizi istəməyən xarici qüvvələrin Azərbaycana qarşı istifadə edə biləcəyi siyasi alətə çevrilə bilər:

“Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır. Bu, çox vacib məqamdır. Hər bir millət vəkili cənab Prezidentin tövsiyələrinə əsaslanaraq vətəndaşların problemlərinin dərhal və operativ şəkildə öz həllini tapması üçün var gücü ilə çalışmalıdır. Əminəm ki, yeni formalaşmış parlament müstəqilliyimizin daha möhkəmlənməsi, sabitliyimizin qorunması və davamlı inkişafımızın təmin olunmasına mühüm töhfələr verəcək”.

Elşad Mirbəşiroğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0