16:57 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Rusiyalı analitik Azərbaycan-Rusiya münasibətlərindən danışır

RADİO
Qısa URL
138 0 0

Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin deyir ki, hökumətlərimiz tərəfindən vəziyyəti nəzarətdə saxlamaq üçün bütün addımlar atılır

Stanislav Pritçin: “Ölkələrimiz üçün ciddi iqtisadi fəsadlar yarana bilər”

“2020-ci il bir xeyli gözlənilməz hadisələrlə başladı və bu davam edir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə usiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin analitik qrupunun rəhbəri, Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin deyib.

“Dünyadakı iqtisadi vəziyyət dəyişir. Koronavirusun yayılması və neft qiymətlərinin dəyişməsi fonunda Azərbaycan-Rusiya əlaqələrinə zərər vura biləcək ciddi faktor yoxdur. Ölkələrimizdə xəstəliyə yoluxmuş insanlar qeydə alınıb. Lakin bu digər ölkələrlə olduğu kimi sərhədlərin bağlanmsı və əlaqələrin kəsilməsi ilə nəticələnmədi. Əgər vəziyyət hər iki ölkədə nəzarətdən çıxsa, sərhədlərin bağlanması ölkələrimiz üçün ciddi iqtisadi fəsadlar yarada bilər. Hökumətlərimiz tərəfindən vəziyyəti nəzarətdə saxlamaq üçün bütün addımlar atılır” – deyə o bildirib.

Stanislav Pritçinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular