Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Miqrant axını Yunanıstanda hansı problemlərə səbəb ola bilər – politoloq şərh edir

© Sputnik / Irade JELILMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Yunanıstan Türkiyənin dediyi rəqəmləri təkzib etməklə məşğuldur
Mübariz Əhmədoğlu: “Avropa Birliyi ilə Yunanıstan arasında narazılıq yarana bilər”

Avropa Birliyi Komissiyasının rəhbəri Ursula Von Der Leyen bildirib ki, Yunanıstanın problemi, Avropanın problemi deməkdir. Bundan əlavə Avropa Birliyi Yunanıstana miqrant problemi ilə bağlı 700 milyon avro maliyə dəstəyi edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, miqratnt probleminin həlli üçün bu vəsaitin kifayət edəcəyini söyləmək çətindir: “Yunanıstan üçün məsələ ilk yerdə dayanmır. Burada geosiyasi amillər önəmli rol oynayır. Yunanıstan Türkiyənin dediyi rəqəmləri təkzib etməklə məşğuldur. Real vəziyyət çox yaxın zamanda ortaya çıxacaq. Əgər Ərdoğan-Putin görüşündə Suirya məsələsi ilə bağlı razılıq əldə olunmasa, Avropa Birliyi ilə Yunanıstan arasında narazılıq yarana bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0