Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Subsidiyaların verilməsi nə vaxt başa çatacaq - Vüqar Hüseynov danışır

© Photo : Facebook / Vüqar M. HüseynovВугар Гусейнов
Вугар Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, 2020-ci ildən başlayaraq subsidiyalar elektron sistem üzərindən verilir
Vüqar Hüseynov: “Fermerlərin əkin xərclərini qarşılamaq üçün elektron sistem tətbiq edilir”

“Azərbaycanda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Bu prosesə ötən həftənin sonundan start verilib. Artıq 30 mindən çox fermerin kartına 10 milyon 565 min manat vəsait köçürülüb. Subsidiyaların köçürülməsi mərhələli şəkildə davam edir. Prosesin martın 20-dək sona çatdırılması nəzərdə tutulur”,- deyə Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq subsidiyalar elektron sistem üzərindən verilir: “Subsidiyalar əvvəlki illərdən fərqli olaraq ilin sonunda deyil, ilin əvvəlində verilir. Elektron sistemin tətbiqində məqsədlərdən biri də ondan ibarətdir ki, fermerlərin əkin xərclərinin bir hissəsini qarşılaya bilək. Elektron sistemdə bu günə qədər 472 mindən artıq fermer qeydiyyatdan keçib. Bunların bir hissəsi payızlıq əkinləri bəyan ediblər. Biz onunla bağlı məlumatlandırma həyata keçirdik və fermerlər elektron sistem vasitəsilə məhsulu hansı ərazidə və hansı miqdarda əkdiklərini bəyan ediblər. Sonra məlumatlar yoxlanılır və fermerlərin adına kartlar sifariş verilir. Fermerlər kartları "KapitalBank" vasitəsilə ala bilərlər", - deyə nazirlik rəsmisi bildirib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0