CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinfə şagird qəbulunda hansı dəyişikliklər olacaq – rəsmi açıqlama

© AR Ministry of Education Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva
 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyir ki, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək
İlhamə Abdullayeva: “Azərbaycan bölməsi üzrə şagird qəbulu ümumi qaydada keçiriləcək”

“2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

“Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə 13 martdan 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək. 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir” – deyə İlhamə Abdullayeva bildirib.

İlhamə Abdullayevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0