SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "İranın nüvə silahına sahib olması təhlükəlidir"

© Sputnik / Murad OrujovПолитолог Рамия Мамедова
Политолог Рамия Мамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, İran tərəfi Avropanın sazişin tələblərinə riayət etmədiyini bildirir
Ramiyə Məmmədova: “Avropanın ikili oyunları pozulmuş oldu”

“Avropa Birliyi İranın nüvə proqramı məsələsində ABŞ-a qarşı çıxsa da, bunu davam etdirə bilmədi”. Bunu Sputnik Azərbaycan-a İranın nüvə proqramını zənginləşdirməsi ilə bağlı  keçirilən görüşü şərh edərkən politoloq Ramiyə Məmmədova deyib.

Politoloq bildirib ki, Avropa ölkələri ABŞ-ın tətbiq edəcəyi sanksiyalara tab gətirməyəcəklərini anladıqlarından ikili oyunları pozulmuş oldu: “Avropa ölkələri İranın ABŞ sanksiyaları nəticəsində uğradığı zərərləri minimallaşdıra bilmir. Vyana toplantısı əvvəlki toplantılarla müqayisədə daha tez başa çatdı. İran tərəfi Avropanın sazişin tələblərinə riayət etmədiyini bildirdi. Qeyd olunmalıdır ki, İranın nüvə silahına sahib olması tək ABŞ deyil, eyni zamanda qonşu ölkələr üçün də təhlükəlidir”.

Qeyd edək ki, fevralın 26-da İran nüvə sazişinin qalan üzvləri Vyanada bir araya gəliblər. 2015-ci ildə sazişi imzalamış ölkələr onu xilas etməyə çalışırlar. 2018-ci ildə ABŞ Prezidenti Donald Trump birtərəfli qaydada ondan çıxıb və İrana sanksiyaları bərpa edib.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0