08:38 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “İran parlamenti dövlət başçısına təzyiq göstərməyə çalışacaq”

RADİO
Qısa URL
120 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, mühafizəkarlar nüvə proqramı ilə bağlı güzəştə gedilməsini İran dövlətinin maraqlarına ziddir hesab edir

Fikrət Sadıxov: “Mühafizəkarlar xarici siyasi kursun radikallaşmasına çalışacaq”

“İranda keçirilən parlament seçkilərində mühafizəkarların qələbə qazanacağı gözlənilən idi”. Bunu Sputnik Azərbaycan-a İranda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən politoloq Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, İran hökümətinin Qərblə mülayim siyasi kursu mühafizəkarları qane etmirdi: “Mühafizəkarlar hesab edir ki, nüvə proqramı ilə bağlı güzəştə getmək İran dövlətinin maraqlarına ziddir. Ona görə düşünürəm ki, yeni seçilmiş parlament dövlət başçısına təzyiq göstərməyə çalışacaq. Mühafizəkarlar xarici siyasi kursun daha da radikallaşmasına çalışacaq”.

Qeyd edək ki, ötən həftə İranda keçirilmiş parlament seçkilərində yerlərin çoxunu mühafizəkarlar qazanıblar.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular