SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin İtaliya səfəri nə ilə yadda qaldı – politoloq şərh edir

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, İtaliya heç də Avropa ölkələrinin hamısı ilə Azərbaycanla olduğu qədər isti münasibət saxlamır
İlqar Vəlizadə: “Bu səfər əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını göstərir”

“Prezident İlham Əliyevin İtaliyay səfəri həm uğur, həm də genişmiqyaslı idi”. Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin İtalayiya geniş tərkibdə səfər etməsi bütün məsələlərin kompleks şəkildə müzakirə edildiyini göstərir: “İtaliya heç də Avropa ölkələrinin hamısı ilə Azərbaycanla olduğu qədər isti münasibət saxlamır. Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya yaxşı tərəfdaşlıq münasibətləri qurub. Səfər çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Bu səfər Azərbaycan və İtaliya əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını göstərir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0