05:58 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Prezidentin köməkçisi koronavirusa qarşı görülən işlərdən danışır

RADİO
Qısa URL
16911

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyir ki, bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub

Hikmət Hacıyev: “Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır”

Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub:

“Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi ÜST-nin tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”.

Hikmət Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular