SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Suriyadakı hərəkətləri kimin maraqlarına uyğundur – politoloq şərh edir

© Sputnik / Murad OrujovРуководитель аналитического агентства "Атлас" Эльхан Шахиноглу
Руководитель аналитического агентства Атлас Эльхан Шахиноглу  - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiyanın Dəməşqə hərbi dəstəyi olmasaydı, bu gün Əsəd rejimindən əsər-əlamət qalmazdı
Elxan Şahinoğlu: “Əsəd istəyir ki, Türkiyə-Rusiya münasibətləri pozulsun”

“Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı təmaslar davam edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-Rusiya qarşıdurmasında maraqlı olan əsas iki güc var:

“Bunun biri, heç şübhəsiz, ABŞ-dır. Təsadüfi deyil ki, İdliblə bağlı Türkiyə ilə Rusiya arasında yaranan dərin fikir ayrılığından istifadə edən Vaşinqton dərhal emissarlarını Ankaraya göndərdi, Ağ Ev sahibi Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng edərək onu dəstəklədiyini bildirdi. Ancaq Ankara Vaşinqtonun hiyləgərliyini anlayır. Rusiya-Türkiyə qarşıdurmasında maraqlı olan ikinci güc Bəşər Əsəd rejimidir. Rejim uzun müddətdir Rusiya-Türkiyə tərəfdaşlığından narahat idi. Rusiyanın Dəməşqə hərbi dəstəyi olmasaydı, bu gün Əsəd rejimindən əsər-əlamət qalmazdı. Buna baxmayaraq, Əsəd əlindən gələni edir ki, İdlibə hücum əsnasında Türkiyə ilə Rusiya arasındakı münasibətlər pozulsun. Bunu Ankara ilə yanaşı, Moskvada da anlayır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0