08:24 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Aksiz dərəcələrinin artırılması hansı məhsulların qiymətinə təsir edəcək – ekspert şərhi

RADİO
Qısa URL
132 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, aksiz dərəcələrinin qaldırılması büdcəyə daxilolmaların həcmini də genişləndirəcək

Fuad İbrahimov: “İdxal edilən məhsulların qiymətində əhəmiyyətli artımlar olacaq”

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, aksiz dərəcələrinin artırılması ilə böyük bir artım baş verməyib:

“Ən böyük artım tərkibində spirtin miqdarı 9 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərə tətbiq ediləcək. Aksiz dərəcələrinin qaldırılması büdcəyə daxilolmaların həcmini də genişləndirəcək. Eyni zamanda bu, yerli məhsulunun istehsalının stimullaşdırılmasına şərait yaradacaq, idxal edilən məhsulların qiymətində isə əhəmiyyətli artımlar olacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular