Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nağdsız ödənişlərin artması nə üçün önəmlidir – professor şərh edir

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, əhalinin nağdsız ödənişlərə üstünlük verməsi bankomatlara düşən yükü də azaldır
Elnur Sadıqov: “Nağdsız ödənişlər bankların işini sadələşdirir”

Azərbaycanda nağdsız ödənişlərin həcmi hər il minimum 7 faiz artmalıdır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Visa Cashless: Driving the future” forumunda deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, nağdsız ödənişlərin artması dövriyyədə olan pul kütləsinin azalmasına gətirib çıxarır:

“Əhalinin nağdsız ödənişlərdən istifadə etməsi iqtisadiyyatda əlavə xərclərin artmasının qarşısını alır. Bu, eyni zamanda bankların da işini sadələşdirir. Əhalinin nağdsız ödənişlərə üstünlük verməsi bankomatlara düşən yükü də azaldır. Nəticədə ödəmə prosesində çeviklik və operativlik artır, puldaşınma əməliyyatları azalır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0